Belqorod vilayətində yaşayış məntəqələri 200-ə yaxın dronla hədəfə alınıb – bir nəfər ölüb

2 Min Read

Ukrayna silahlı qüvvələri son 24 saat ərzində Belqorod vilayəti ərazisində yerləşən yaşayış məntəqələrinə təxminən 200 pilotsuz uçuş aparatı ilə hücum edib, həmçinin iki sursat atıb.

Bildirilib ki, Qrayvoronski rayonunda Ukrayna qüvvələri Qrayvoron şəhərinə və Bezymeno, Qolovçino, Zamostye, Moşçenoye, Novostroyevka-Pervaya, Poroz və Spodaryuşino kəndlərinə ümumilikdə 35 dronla zərbə endirib. Onlardan 13-ü hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub. Rojdestvenka kəndinə endirilən zərbə zamanı bir sursat atılıb.

Məlumata əsasən, dron hücumu nəticəsində Qolovçino kəndində bir nəfər həlak olub.

Hücumlar nəticəsində üç binada yerləşən dörd mənzilə və altı fərdi yaşayış evinə ziyan dəyib. Bundan əlavə, daha üç binada yerləşən dörd mənzilin pəncərələri sınıb. Belqorod şəhərində dörd dronun hücumu nəticəsində bir fərdi evə və infrastruktur obyektindəki avadanlıqlara zərər dəyib.

Qərargahın məlumatına görə, Borisovski rayonuna beş dronla hücum edilib, nəticədə bir fərdi evə, bir sosial obyektə və bir infrastruktur obyektinə zərər dəyib. Belqorod rayonunda 50 dronun hücumu nəticəsində 11 fərdi ev, iki çoxmənzilli bina, üç sosial obyekt, bir kənd təsərrüfatı müəssisəsi və daha bir müəssisə zərər görüb.

Valuyski, Volokonovski və İvnyanski rayonlarına 17 dronla hücum edilsə də, həmin ərazilərdə ziyan qeydə alınmayıb.

Krasnoyarujski rayonunda yaşayış məntəqələrinə 40 dron və bir sursat atılıb. Vurulan pilotsuz uçuş aparatının qalıqları sosial obyektə zərər vurub. Şebekinski rayonuna isə 48 dronla hücum edilib, nəticədə infrastruktur obyektinə və yardımçı tikiliyə ziyan dəyib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş