Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Livandakı gərgin vəziyyəti müzakirə etmək üçün İsrailin Baş naziri Benyamin Netanyahu, eləcə də Livanın Prezidenti Jozef Aun və Baş naziri Nəvaf Salam ilə danışıqlar aparıb.
Makron vurğulayıb ki, “Hizbullahın İsrailə və digər ölkələrə hücumlarına dərhal son qoyulması vacibdir. Bu eskalasiya strategiyası bütün regionu təhlükəyə atan ciddi səhvdir”.
O əlavə edib ki, İsrail Baş naziri Livanın ərazi bütövlüyünü qorumağa və quru hücumundan çəkinməyə çağırılıb. Tərəflərin atəşkəs razılaşmasına qayıtması vacibdir.
Prezident qeyd edib ki, Fransa tərəfdaşları ilə birlikdə Livan Silahlı Qüvvələrinin suverenliyini təmin etməyə və Hizbullahın yaratdığı təhlükəni aradan qaldırmağa dəstək verəcək.
Bundan əlavə, Livanın cənubundakı humanitar fəlakət fonunda Fransa məcburi köçkün Livan əhalisinə təcili yardım tədbirləri həyata keçirəcək. Makron bildirib ki, “Livan xalqı ilə həmrəyliyimiz və regional sabitliyə sadiqliyimiz hərəkətlərimizin mərkəzində qalır”.
![]()

