CBS News öz mənbələrinə istinadən xəbər verir ki, ABŞ ordusu köhnəlmiş kəşfiyyat məlumatlarına əsaslanaraq İranın cənubundakı qızlar məktəbinə zərbə endirmiş ola bilər.
İzmedia.az bildirir ki, hadisəyə görə ABŞ ordusu məsuliyyət daşıya bilər. Mənbələrdən biri əsgərlərin hücumu səhvən həyata keçirə biləcəyini bildirib, çünki köhnəlmiş kəşfiyyat materialları məktəbi hərbi hədəf kimi təsnif etmişdi. Digər iki mənbə isə bildirib ki, İsrail Müdafiə Qüvvələri (İMQ) faciə günü məktəbin yaxınlığında heç bir əməliyyat keçirməyib. Vəziyyəti şərh edən Ağ Evin mətbuat katibinin müavini Anna Kelli istintaqın davam etdiyini qeyd edib.
Eyni zamanda, jurnalistlər hücuma məruz qalan məktəbin yaxınlığında İslam İnqilabı Keşikçiləri Korpusunun (İranın elit ordusu) iki obyektinin yerləşdiyini aşkar ediblər.
Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başladılar. İslam Respublikasının bir çox şəhərinə, o cümlədən 175 nəfərin ölümünə səbəb olan Şəcərə Təyyibə qızlar məktəbi də hücuma məruz qaldı.
İzmedia.az
![]()

