Lindsi Qraham: Müctəba Xamenei atasının aqibətini yaşayacaq

1 Min Read

İranın ali lideri olmuş Əli Xameneinin oğlu Müctəba Xamenei ABŞ-də populyar deyil və ona görə də “atası ilə eyni aqibəti yaşayacaq”.

İzmedia.az bildirir ki, respublikaçı senator Lindsi Qraham bu barədə X sosial şəbəkəsində yazıb.

Qraham bildirib:

“Regionun və İran xalqının gələcəyinə gəldikdə, mərhum qaniçən Ayətullahın oğlu axtardığımız dəyişiklik deyil. İran xalqı əziyyət çəkərkən o, dəbdəbəli həyat sürüb və özü də dindar nasist olduğu üçün nifrətin qızışdırılmasında ön sıralarda olub. İnanıram ki, onun planetin ən pis adamlarından biri olan atası ilə eyni aqibəti yaşaması yalnız zaman məsələsidir.”

Senator həmçinin İran xalqını “qətiyyətli olmağa” çağırıb və onların “azadlığının yaxın olduğunu” vurğulayıb.

İranın Ali Lideri Əli Xameneinin 1 mart gecəsi ABŞ və İsrail tərəfindən öldürülməsindən sonra onun varisi oğlu Müctəba Xamenei təyin edildi. Daha sonra İslam İnqilabı Keşikçiləri Korpusu (İranın elit ordusu) yeni liderə sədaqət andı içdi.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş