Şimali Koreya lideri Kim Çen In ölkənin əsas müdafiə zavodlarından birini ziyarət edərək yeni tapançanın istehsal prosesini yoxlayıb.
İzmedia.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Açıqlamada bildirilir:
“Kim Çen In partiyanın Mərkəzi Hərbi Komissiya tərəfindən təsdiq edilmiş dizayn planına uyğun olaraq yeni tapança istehsalına başlayan fabrikə baxış keçirib”.
Lider yeni silahın taktiki və texniki xüsusiyyətlərini şəxsən sınaqdan keçirmək qərarına gəlib və fabrikin atış poliqonunda hədəfə atəş açma təlimləri keçirib.
İzmedia.az
![]()

