İsrailin şimalında yaşayış binasına raket zərbəsi: 33 yaralı

1 Min Read

İranın raket atışları nəticəsində İsrailin şimalındakı Zərzir icmasında bir neçə yaşayış binasına mərmi düşüb.

İzmedia.az xəbər verir ki, bu barədə “Ynet” xəbər portalı məlumat yayıb.

Nəticədə ən azı 33 nəfər yaralanıb, onlardan bir neçəsinin vəziyyəti ağırdır.

Yerli hakimiyyət orqanları bildiriblər ki, binalardan biri tamamilə dağılıb, lakin hələ də müəyyən deyil ki, dağıntılar birbaşa raket zərbəsi səbəbindənmi, yoxsa mərminin parçalarının düşməsindənmi baş verib.

Yaralılar müalicə üçün yaxınlıqdakı xəstəxanalara yerləşdirilib, hadisə yerində isə hələ də təhlükəsizlik və təmizləmə işləri aparılır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş