Qətər İsrailin Cənubi Pars yatağı ilə əlaqəli qaz infrastrukturuna hücumlarını pisləyib

1 Min Read
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65

İranın “Cənubi Pars” yatağı ilə əlaqəli obyektlər Qətərin “Şimal” yatağının davamıdır və İsrailin onlara endirdiyi zərbələr bölgədə davam edən hərbi eskalasiya fonunda təhlükəli və məsuliyyətsiz bir addımdır.

İzmedia.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsari bildirib.

O, xəbərdarlıq edib ki, “Enerji infrastrukturuna hücumlar qlobal enerji təhlükəsizliyi, eləcə də regionun insanları və ətraf mühiti üçün təhlükə yaradır”.

Əl-Ənsari yekun olaraq bildirib ki, “Əvvəlki kimi, həyati əhəmiyyətli hədəflərə zərbələrdən çəkinməyin vacibliyini bir daha təkrarlayırıq. Bütün tərəfləri təmkinli olmağa, beynəlxalq hüquqa riayət etməyə və bölgədə təhlükəsizliyi və sabitliyi qorumaq üçün gərginliyi azaltmaq üçün çalışmağa çağırırıq”.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş