izmedia.az xəbər verir ki, Rusiyanın Tuva Respublikasında turistlər üçün iki yeni elmi-populyar marşrut istifadəyə verilib. Onlardan biri 60 kilometrlik geoloji ekskursiya, digəri isə 15 kilometrlik tarixi-mədəni səyahətdir.
Yeni proqramlar turistlərə sadəcə baxış keçirmək imkanı deyil, həm də alimlərin rəhbərliyi ilə kiçik elmi araşdırmalarda iştirak etmək şansı verir.
Birinci marşrut “Tuvanın geoloji keçmişi: qədim vulkanlardan yura dövrünün kömürlərinə qədər” adlanır. Burada iştirakçılar qədim vulkanik süxurları, kömür laylarını və digər geoloji izləri görür, hətta nümunələr götürməyi və mineralları tanımağı öyrənirlər.
İkinci marşrut “Tuva: köklərə səyahət” adlanır və turistləri arxeoloji abidələr, məbədlər, tarixi yerlər və Kızıl şəhərinin mərkəzi ilə tanış edir. Proqram interaktiv formatdadır — iştirakçılar artefaktlarla işləyir və qədim yazılarla tanış olurlar.
Hər iki marşrut elmi və təhsil layihəsi kimi təsdiqlənib və regionda turizmin inkişafına töhfə verməsi gözlənilir.
![]()
