İstanbulda 2 bina çöküb, dağıntılar altında qalanlar var

1 Min Read

Türkiyədə İstanbulun Fatih Rayonunda İki Bina Çöküb

 

Çökən binanın dağıntıları altından üç nəfər çıxarılıb, qrupların işi isə davam edir.

İzmedia.Az  xəbər verir ki, mənzilə sızan qazın partlaması nəticəsində İstanbulun Fatih, Ayvansaray məhəlləsi, Ebe küçəsində yerləşən iki bina uçub.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə çox sayda yanğınsöndürən, təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.

Dağıntılar Altında Qalanlar Var

Binada sıxışıb qalanların xilas edilməsi istiqamətində işlər davam etdirilir.

Bu vaxta qədər binanın dağıntıları altından 3 nəfər çıxarılaraq xəstəxanaya yerləşdirilib.

 

2 nəfərin isə axtarışları davam edir.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş