Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko İranla bağlı münaqişə başa çatdıqdan sonra Hörmüz boğazındakı vəziyyətin stabilləşəcəyini bildirib.
İzmedia.az xəbər verir ki ,bu barədə o, TASS-a açıqlamasında məlumat verib.
Rudenko qeyd edib ki, Rusiya bütün tərəfləri, xüsusilə ABŞ və İsraili, İrana qarşı təcavüzü dayandırmağa çağırır. Onun sözlərinə görə, Hörmüz boğazında baş verən hadisələr bu qanunsuz kampaniyanın birbaşa nəticəsidir.
Nazir müavini əlavə edib ki, müharibə başa çatdıqdan sonra regionda vəziyyət normallaşacaq.
İzmedia.az
![]()

