Mirzoyan: İranla münasibətləri de-yure strateji etmək barədə müzakirə apardıq

0 Min Read

İran İslam Respublikası ilə Ermənistan arasında münasibətlərin de-yure strateji səviyyəyə qaldırılması barədə razılıq əldə edilib.

İzmedia.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 23 martda Milli Məclisin Xarici Əlaqələr Komitəsinin iclasında bildirib.

Nazir vurğulayıb ki, iki ölkə arasında əlaqələr uzun müddətdir strateji tərəfdaşlıq səviyyəsindədir, lakin indi bu münasibətlərin rəsmi olaraq strateji tərəfdaşlıq statusuna yüksəldilməsi barədə razılığa gəlinib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş