Analitik: İran ətrafındakı münaqişədə ritorika artıq kifayət etmir

1 Min Read

İran ətrafındakı münaqişə tərəfləri beynəlxalq ictimaiyyəti yalnız bəyanatlarla öz qələbələrinə inandıra bilməyəcəklər.

İzmedia.az xəbər verir ki, bunu ABŞ-li siyasi analitik Qarland Nikson TASS agentliyinə bildirib.

Onun sözlərinə görə, bu münaqişə sadəcə kənardan izlənilən bir proses deyil: “İnsanlar artıq ritorikaya deyil, real vəziyyətə baxırlar. Bu, insanların öz həyatları, ailələrinin gələcəyi, iş və ərzaq təminatı ilə bağlı narahat olduğu bir münaqişədir. Ona görə də tərəflərin istifadə etdiyi ritorika əvvəlki qədər təsirli deyil”.

Nikson qeyd edib ki, ABŞ Prezidenti Donald Trump dəfələrlə qələbə bəyanatları verərək vəziyyətə tam nəzarət olunduğu görüntüsü yaratmağa çalışıb. Lakin analitikin fikrincə, münaqişə artıq elə mərhələyə çatıb ki, tərəflərin açıqlamaları reallığı dəyişmək üçün kifayət etmir.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Tehran da daxil olmaqla ölkənin bir sıra böyük şəhərləri zərbələrə məruz qalıb. Ağ Ev bu addımı İrandan gələn raket və nüvə təhdidləri ilə əsaslandırıb. Buna cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu İsraildəki obyektlərə və regiondakı ABŞ hərbi bazalarına zərbələr endirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş