Tramp: ABŞ Kubaya humanitar əsaslarla neft tədarükünə etiraz etmir

1 Min Read
President Donald Trump addresses a joint session of Congress at the Capitol in Washington, Tuesday, March 4, 2025. (AP Photo/Ben Curtis)

ABŞ prezidenti Donald Trump bildirib ki, ABŞ digər ölkələrin, o cümlədən Rusiyanın Kubaya humanitar məqsədlərlə neft tədarük etməsinə qarşı deyil.

İzmedia.az xəbər verir ki, o, Florida ştatının Vest Palm Biç şəhərindən Vaşinqtona uçuş zamanı jurnalistlərə açıqlamasında deyib ki, belə tədarüklər Kubada yaşayan insanların ehtiyaclarının qarşılanmasına kömək edir: “Bizim orada bir tankerimiz var. Kiminsə gəmi ilə neft gətirməsinə etiraz etmirik, çünki onlar yaşamalıdırlar”.

Tramp qeyd edib ki, istər Rusiya, istərsə də digər ölkələr tərəfindən həyata keçirilən bu cür tədarüklər ABŞ-ın Kubaya qarşı siyasətinə, o cümlədən blokadaya və enerji böhranı ilə bağlı tədbirlərə təsir göstərməyəcək.

Onun sözlərinə görə, Kubaya neft göndərilməsi insanların istilik, soyutma və digər əsas ehtiyaclarının təmin olunmasına xidmət edir və bu səbəbdən bu addımları anlayışla qarşılayır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş