ABŞ prezidenti Donald Trump bazar günü “Financial Times” qəzetinə verdiyi müsahibədə Vaşinqtonun İranın neft sektoruna nəzarəti ələ keçirməsini istədiyini bildirib.
O qeyd edib ki, onun üçün ən yaxşı variant İrandakı neftin əldə olunmasıdır: “Düzünü desəm, mənim ən sevdiyim şey İrandakı nefti götürməkdir, amma ABŞ-da bəzi insanlar bunun əleyhinə çıxırlar”.
Trampın sözlərinə görə, bu cür fikirlər səsləndirənlər onun fikrincə yanlış düşünürlər.
Martın 26-da ABŞ prezidenti Nazirlər Kabinetinin iclasında da İran neftinə nəzarəti ələ keçirməyin mümkün variantlardan biri olduğunu vurğulamışdı və bu istiqamətdə “bu, bir seçimdir” ifadəsini işlətmişdi.
İzmedia.az
![]()

