Belqorod vilayətində Ukrayna Silahlı Qüvvələrinin həyata keçirdiyi hücum nəticəsində üç mülki şəxs yaralanıb.
İzmedia.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
Qladkovun sözlərinə görə, hücum iki bələdiyyəni hədəf alıb. Qraivoronski rayonunun Dobroye kəndində FPV tipli pilotsuz uçuş aparatı fərdi evə zərbə endirib və nəticədə bir qadın xəsarət alıb. Məlumata əsasən, o, mina partlayışı nəticəsində barotravma keçirib.
Bundan əlavə, Şebekinski rayonunun Babenkov kəndi yaxınlığında pilotsuz təyyarənin avtobusa çırpılması nəticəsində sürücü yaralanıb. Mina partlayışı zamanı isə bir kişi çiynindən qəlpə yaraları alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı əlavə məlumat və rəsmi açıqlamalar gözlənilir.
İzmedia.az
![]()

