Sky News-a verdiyi müsahibədə Donald Tramp bildirib ki, danışıqlar uğursuz olarsa, ABŞ İrana qarşı hərbi əməliyyatlara “çox asanlıqla” qayıda bilər.
Jurnalistin sözlərinə görə, Tramp bu açıqlamanı qısa müsahibə zamanı verib və İranla əldə olunan razılaşmanı “tam qələbə” kimi qiymətləndirib.
Tramp bildirib ki, ABŞ hərbi baxımdan artıq lazım olan bütün addımları atıb: “Biz hərbi cəhətdən etmək istədiyimiz hər şeyi etdik”.
Jurnalist İranın təqdim etdiyi 10 bəndlik təkliflərə şübhə etdiyini bildirib. Tramp isə cavabında qeyd edib ki, həmin məqamların detalları ona məlumdur və danışıqlar prosesi hazırda davam edir.
ABŞ prezidenti əlavə edib ki, danışıqlar ümumilikdə müsbət istiqamətdə gedir, İran maksimalist tələblər irəli sürmür, lakin nəticə əldə olunmasa, hərbi variantın yenidən gündəmə gətiriləcəyi istisna edilmir.
İzmedia.az
![]()

