Giorgia Meloni hesab edir ki, İran, ABŞ və İsrail arasında əldə olunan atəşkəs razılaşması Livanda müharibəyə son qoymaq üçün imkan yaradır.
İtaliya Baş nazirinin mətbuat xidməti tərəfindən yayılan açıqlamada qeyd olunub ki, Hizbullahnın ölkəni münaqişəyə cəlb etməsi məsuliyyətsiz addım olub və bu, artıq ciddi insan itkilərinə və böyük miqyaslı köçlərə səbəb olub. Eyni zamanda, İsrailin Livandakı hücumlarının dərhal dayandırılmasının vacibliyi vurğulanıb.
Bundan əlavə, Meloni İsrail ordusunun BMTnin Müvəqqəti Qüvvələrinin tərkibində Livanda xidmət edən İtaliya hərbçilərini hədəf almasını kəskin şəkildə pisləyib.
Açıqlamada bildirilir ki, İtaliya qoşunları BMT Təhlükəsizlik Şurasının mandatı ilə Livanda sülhün qorunmasına xidmət edir və onların təhlükəsizliyinə yönələn bu kimi addımlar qəbuledilməzdir. Bu cür hərəkətlərin BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin açıq şəkildə pozulması olduğu qeyd olunub.
İzmedia.az
![]()

