Kuba prezidenti Migel Diaz-Kanel Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ilə görüşündə Moskvaya neft tankerinin göndərilməsinə görə təşəkkürünü bildirib.
Kuba prezident administrasiyasının Meta Platforms şirkətinə məxsus sosial şəbəkədə yayılan məlumatda Diaz-Kanelin sözlərinə yer verilib: “Fürsətdən istifadə edərək əziz dostumuz Prezident Vladimir Putinə salamlarımızı çatdırmaq istərdik”.
O əlavə edib: “[Kommunist] Partiyası, hökuməti və Kuba xalqı adından Rusiya Federasiyasının bizə göndərdiyi yanacağa görə minnətdarlığımı bildirirəm”.
Diaz-Kanel bu addımı “çox əhəmiyyətli və simvolik, Kubanın tək olmadığının göstəricisi” kimi qiymətləndirib.
Kuba rəhbərliyi ilə keçirilən görüşlərdən və Rusiya–Kuba nazirliklərarası məsləhətləşmələrdən sonra Sergey Ryabkov bildirib ki, Rusiya Qərb yarımkürəsində mövcudluğunu davam etdirəcək. O vurğulayıb ki, kubalılar Rusiya üçün qardaş xalqdır və “Azadlıq Adası” ilə münasibətlər Moskva üçün xüsusi əhəmiyyət daşıyır.
Rusiya tankeri Anatoli Kolodkin martın 31-də Kubanın Matansas limanına humanitar yardım çərçivəsində 100 min ton xam neft çatdırıb. Daha sonra Moskva Kubaya yanacaq daşıyan ikinci tanker göndərməyə hazır olduğunu açıqlayıb.
İzmedia.az
![]()

