Antarktidada yeni ada kəşf edilib

1 Min Read

Alfred Veqener adına Qütb və Dəniz Tədqiqatları İnstitutunun (AWI) məlumatına görə, Almaniyanın “Polarstern” tədqiqat buzqıran gəmisində fəaliyyət göstərən beynəlxalq ekspedisiya qrupu Antarktidanın Veddell dənizində yeni bir ada kəşf edib.

Hesabata əsasən, 93 nəfərlik beynəlxalq ekspedisiya qrupu 8 fevral 2026-cı ildən etibarən Alfred Veqener İnstitutunun “Polarstern” buzqıran gəmisində Antarktidanın şimal-qərb Veddell dənizində tədqiqatlar aparır. Bildirilir ki, sərt hava şəraiti səbəbindən tədqiqat işləri dayandırılaraq Koinvill adasının liman hissəsində sığınacaq axtarılarkən, alimlər və gəmi heyəti əvvəllər yalnız dəniz xəritələrində təhlükəli zona kimi qeyd edilən ərazidə yeni bir adanın ortaya çıxmasını müşahidə ediblər.

Ekspedisiya iştirakçısı Saymon Dreutter bildirib: “Pəncərədən baxanda bir qədər çirkli görünən ‘aysberq’ gördük. Daha yaxından baxdıqda bunun, yəqin ki, qaya olduğunu anladıq. Sonra istiqamətimizi dəyişib həmin tərəfə doğru hərəkət etdik və getdikcə qarşımızda bir adanın olduğu aydınlaşdı”.

Məlumata görə, kəşf edilən adanın uzunluğu təxminən 130 metr, eni 50 metr, hündürlüyü isə dəniz səviyyəsindən təxminən 16 metr təşkil edir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş