ABŞ prezidenti Donald Tramp Papa XIV Leonu sərt tənqid edərək, onun seçilməsində ABŞ amilinin həlledici rol oynadığını iddia edib.
Tramp Truth Social platformasında paylaşım edərək bildirib ki, papanın ABŞ-ın Venesuelaya qarşı siyasətini tənqid etməsi onu narazı salıb. “Leo minnətdar olmalıdır, çünki hamının bildiyi kimi, o, şokedici sürpriz idi. O, Papa olmaq üçün heç bir siyahıda yox idi və Kilsə tərəfindən yalnız amerikalı olduğu üçün seçildi. Onlar düşünürdülər ki, bu, Prezident Donald Trampla münasibət qurmağın ən yaxşı yolu olacaq”, – deyə o yazıb.
ABŞ prezidenti əlavə edib: “Əgər mən Ağ Evdə olmasaydım, Leo Vatikanda da olmazdı. Təəssüf ki, Leonun cinayətkarlıq və nüvə silahları məsələsində zəif mövqedə olması mənə xoş gəlmir”.
Qeyd edək ki, aprelin 11-də Papa XIV Leo Müqəddəs Pyotr Bazilikasında müharibə əleyhinə moizə ilə çıxış edib. “Ölüm, canlı Tanrıya arxa çevirənləri, özlərini və öz güclərini lal, kor və kar bir bütə çevirənləri kölələşdirir. Özünə və pula bütpərəstlikdən artıq! Güc nümayişindən artıq! Müharibədən artıq!” – deyə papa bildirib.
Müşahidəçilər qeyd edirlər ki, pontifikin son moizələrində Yaxın Şərqdə baş verən hadisələrə və ABŞ administrasiyasına yönəlik tənqidlərə birbaşa istinadlar yer alır.
İzmedia.az
![]()

