Pakistan İran–ABŞ danışıqlarının ikinci raunduna ev sahibliyi etməyi təklif edir

1 Min Read

Associated Press agentliyi mənbələrə istinadən xəbər verir ki, Pakistan yaxın günlərdə İran və ABŞ arasında danışıqların ikinci raunduna ev sahibliyi etməyi təklif edib.

Məlumata görə, rəsmilər bu təklifin tərəflərin başqa məkan seçmək istəyib-istəməməsindən asılı olduğunu bildiriblər.

Rəsmilərdən biri qeyd edib ki, danışıqların ilk mərhələsi razılaşma ilə nəticələnməsə də, bu proses birdəfəlik təşəbbüs deyil, davam edən diplomatik səylərin tərkib hissəsidir.

Xatırladaq ki, İran və ABŞ aprelin 11-də Pakistanın paytaxtı İslamabadda bir neçə raund danışıqlar aparıblar. İran nümayəndə heyətinə parlamentin spikeri Məhəmməd Bağır Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident C.D. Vens rəhbərlik edib.

Hər iki tərəf danışıqlardan sonra bəyan edib ki, mövcud fikir ayrılıqları səbəbindən münaqişənin uzunmüddətli həlli ilə bağlı razılıq əldə olunmayıb. Növbəti danışıqlar raundu ilə bağlı detallarsa hələ açıqlanmayıb. ABŞ-ın İrana qarşı dəniz blokadası tətbiq etmə planları da gündəmdədir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş