NYP: Hanter Bayden kreditorlardan gizlənir və milyonlarla dollar borcu var

1 Min Read
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65

New York Post qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ-nin keçmiş prezidenti Co Baydenin oğlu Hanter Bayden Kaliforniyada 20 milyon dollardan çox borcu olan kreditorlardan gizlənir.

Məlumata əsasən, Hunter Biden həyat yoldaşı Melissa Cohenin vətəni olan Cənubi Afrikada yaşadığını deyir. Lakin mənbələr onun əslində Los-Anceles yaxınlığında, Santa Ynez bölgəsində yerləşən lüks malikanədə qaldığını bildirir.

Ailəyə yaxın mənbənin iddiasına görə, o, Cənubi Afrikada yaşadığını deməklə maliyyə vəziyyətini gizlətməyə çalışır.

Daily Mail də daha əvvəl Hunter Bidenin xaricdə yaşadığı və təxminən 17 milyon dollar borcunun olduğu barədə məlumat yayıb. Onun vəkili Barry Coburn isə müştərisinin hazırda xaricdə yaşadığını və hüquqi xərcləri ödəməkdə çətinlik çəkdiyini təsdiqləyib, lakin dəqiq ünvan barədə açıqlama verməkdən imtina edib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş