Gideon Saar aprelin 20-də Livanın cənubunda İsa Məsihin heykəlinin İsrail əsgəri tərəfindən dağıdılmasını “rüsvayçılıq” adlandırıb.
Nazir bildirib ki, bu cür hərəkətlər İsrail Müdafiə Qüvvələrinin (İMQ) dəyərlərinə ziddir və ölkənin bütün dinlərə hörmət etdiyini, dinlərarası tolerantlıq və qarşılıqlı hörməti müdafiə etdiyini vurğulayıb.
Saar hadisəyə görə günahkarların ciddi şəkildə məsuliyyətə cəlb olunmasını tələb edib və İsrail adından xristian icmasından üzr istəyib.
Daha əvvəl Lebanon Debate portalı İsrail əsgərinin Livanın cənubunda İsa peyğəmbərin heykəlini sındırdığını yazmışdı. İMQ isə videonun həqiqiliyini təsdiqləyərək hadisə ilə bağlı daxili araşdırma başladıldığını və bu davranışın ordunun prinsiplərinə zidd olduğunu açıqlayıb.
İzmedia.az
![]()

