“The Spectator” jurnalı ABŞ Prezidenti Donald Trampın geosiyasi reallığı dərk etməsi ilə bağlı şübhələrini ifadə edərək, onun açıqlamaları və ambisiyalarının beynəlxalq məsələlərə səthi yanaşmanı göstərdiyini yazıb.
Məqalədə qeyd olunur ki, Tramp işgüzar görüşlər zamanı tez-tez xəritələrdən istifadə etsə də, nəşrin fikrincə bu, regionların real xüsusiyyətlərini anlamağa kifayət etmir. Buna nümunə kimi onun Qrenlandiya və İranla bağlı açıqlamaları, o cümlədən Hörmüz boğazının bağlanması ideyası göstərilir. Jurnal yazır ki, bu kimi planların həyata keçirilməsi regionun coğrafi ölçüləri və mürəkkəbliyi səbəbindən olduqca çətin ola bilər.
Bundan əlavə, Trampın ABŞ-dakı coğrafi adların dəyişdirilməsi ilə bağlı təşəbbüslərinə də diqqət çəkilir. Xüsusilə, MakKinli dağının adının yenidən Denaliyə qaytarılması, eləcə də Meksika körfəzinin “Amerika körfəzi” adlandırılması ilə bağlı müzakirələr qeyd olunur.
Məqalədə həmçinin Trampın Şimali Amerika xəritəsini təqdim etməsi də vurğulanır. Həmin xəritədə Qrenlandiya, Kanada və Venesuela ABŞ simvolları altında göstərilib. Bu, müəllif tərəfindən Trampın Qərb yarımkürəsində ABŞ-ın dominantlığı ilə bağlı ritorikasının bir ifadəsi kimi qiymətləndirilib.
İzmedia.az
![]()

