İran rəsmisi: ABŞ-nin iqtisadi təzyiq cəhdləri nəticə vermədi

1 Min Read

İranın məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Möhseni-Ejei bildirib ki, ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti gözlənilən nəticəni verməyib.

SNN TV-nin yaydığı məlumata görə, Möhseni-Ejei deyib: “Düşmənin ilkin məqsədlərindən biri İran xalqına iqtisadi təzyiq göstərmək və bununla onun dayanıqlığını zəiflətmək idi. Lakin bu cəhdlər uğursuz oldu. Əksinə, hər təzyiq dalğası ilə xalqımızın iradəsi, birliyi və küçələrdə fəallığı daha da artdı”.

Qeyd edək ki, aprelin 15-də ABŞ rəsmisi Bessent Vaşinqtonun İranla münasibətlərdə “maliyyə müharibəsi” mərhələsinə keçdiyini açıqlayıb. O bildirib ki, bu çərçivədə Tehrana maksimum iqtisadi təzyiq göstərilməsi nəzərdə tutulur və “Epik Qəzəb” adlı hərbi əməliyyatın tamamlandığını elan edib. Rəsminin sözlərinə görə, bu siyasət İran hökumətinin bank əməliyyatlarının və maliyyə aktivlərinin bloklanmasını, həmçinin İrandan neft alan ölkələrə qarşı ikinci dərəcəli sanksiyaların tətbiqini əhatə edir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş