CNN: ABŞ ordusu İranla müharibədə raket ehtiyatlarının böyük hissəsini istifadə edib

1 Min Read

ABŞ Müdafiə Nazirliyinin silahlı qüvvələrinin daxili qiymətləndirmələri ilə tanış olan ekspertlərə və üç mənbəyə istinadən CNN xəbər verib ki, ABŞ ordusu İranla müharibə zamanı əsas raket ehtiyatlarını əhəmiyyətli dərəcədə azaldıb.

Məlumata görə, müharibənin son yeddi həftəsi ərzində ABŞ ordusu dəqiq idarə olunan raket ehtiyatının ən azı 45 faizini, ballistik raketləri məhv etmək üçün nəzərdə tutulan THAAD sistemlərinin ən azı yarısını və “Patriot” zenit raketlərinin təxminən 50 faizini istifadə edib.

Təhlillərdə qeyd olunur ki, ABŞ-ın hazırkı sursat ehtiyatları mümkün böyük münaqişə, o cümlədən Çin kimi potensial rəqiblə qarşıdurma üçün kifayət qədər deyil. Ehtiyatların əvvəlki səviyyəyə qaytarılması üçün bir neçə il tələb oluna bilər.

CNN-in istinad etdiyi mənbələrə əsasən, ABŞ həmçinin “Tomahawk” qanadlı raketlərinin təxminən 30 faizini, uzun mənzilli JASSM hava-yer raketlərinin 20 faizdən çoxunu, eləcə də SM-3 və SM-6 raketlərinin təxminən 20 faizini istifadə edib. Bu silah sistemlərinin bərpasının təxminən dörd-beş il çəkəcəyi bildirilir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş