Tayvan ABŞ ilə ümumi dəyəri 208,77 milyard NT dollarından (təxminən 6,6 milyard ABŞ dolları) çox olan altı yeni silah alışı müqaviləsi imzalayıb.
Məlumata görə, apreldə imzalanan müqavilələrə 3,9 milyard dollar dəyərində HIMARS çoxlüləli raket sistemlərinin, 2,3 milyard dollar dəyərində M109A7 Paladin özüyeriyən haubitsalarının tədarükü və quru qoşunlarının raket ehtiyatlarının artırılması daxildir.
Bundan əlavə, razılaşmalara Hərbi Dəniz Qüvvələri üçün raketlərin alınması, iri çaplı sursatların birgə istehsalı və inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemi üzrə məsləhət xidmətləri də daxildir.
Tayvanın icra hakimiyyəti daha əvvəl səkkiz il ərzində 1,25 trilyon bahtlıq müdafiə büdcəsi planı təqdim etmişdi, lakin parlament indiyədək yalnız bir hissəsini təsdiqləyib. Rəsmi dairələr hesab edir ki, ABŞ-la imzalanan yeni müqavilələr əlavə müdafiə maliyyələşdirməsinin təsdiqlənməsini sürətləndirə bilər.
İzmedia.az
![]()

