Rubio: İranın nüvə proqramı və regional təsiri ABŞ üçün əsas narahatlıqdır

1 Min Read
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65

Marko Rubio bildirib ki, İranın nüvə proqramı və Yaxın Şərqdə təsir dairəsini genişləndirmək cəhdləri ABŞ üçün əsas narahatlıq mənbəyidir.

Rubio Fox News-a müsahibəsində deyib: “İlk növbədə bununla məşğul olmağımızın səbəbi nüvə məsələsidir. Əgər İran sadəcə radikal insanlar tərəfindən idarə olunan radikal ölkə olsaydı, bu yenə də problem olardı”.

Onun sözlərinə görə, Tehran öz təsirini regiona yaymağa çalışır və buna görə Hizbullah, HƏMAS, eləcə də İraqdakı silahlı qrupları dəstəkləyir.

Rubio bildirib ki, əgər İranın nüvə silahına çıxışı olsa, bütün regionu girov saxlaya bilər.

ABŞ dövlət katibi əlavə edib ki, hazırda Tehranın raket arsenalının təxminən yarısı sıradan çıxıb və bu, ölkəni daha zəif vəziyyətə salıb.

İranla razılıq əldə olunmayacağı halda Vaşinqtonun hansı addımları atacağı ilə bağlı suala cavab verən Rubio qeyd edib ki, əsas yanaşma təzyiqlərin artırılması olacaq.

“İrana qarşı sanksiyaların səviyyəsi qeyri-adidir, təzyiq qeyri-adidir və düşünürəm ki, daha çox şey etmək olar”, – deyə o vurğulayıb.

Rubio həmçinin bildirib ki, ABŞ İranın yeni ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır, lakin onun atasının nüfuzu səviyyəsində etibara malik olub-olmadığı barədə suallar mövcuddur.

Diplomat əlavə edib ki, İran siyasi sistemində mövcud vəziyyət hazırda danışıqları çətinləşdirir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş