Rusiya: OPEC+-dan çıxmağı planlaşdırmırıq

Nərmin
2 Min Read

Kremlin sözçüsü Dmitri Peskov, OPEC+ üzvlüyündən çıxmağı planlaşdırmadıqlarını bildirərək, “Bu format enerji bazarlarındakı dalğalanmaları əhəmiyyətli dərəcədə minimuma endirməyə və bu bazarları sabitləşdirməyə kömək edir” deyib.

izmedia.az xəbər verir ki, Peskov bu sözləri Moskvada jurnalistlərə cari məsələlərlə bağlı açıqlamasında deyib.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mayın 1-dən etibarən OPEC və OPEC+-dan çıxmaq qərarını şərh edən Peskov bunun BƏƏ-nin suveren qərarı olduğunu və buna hörmət etdiklərini bildirib.

Peskov BƏƏ-nin enerji bazarlarında məsuliyyətli yanaşma nümayiş etdirəcəyi və bu məsələdə koordinasiyada olacağı barədə bəyanatından məmnunluğunu ifadə edib.

Peskov Moskvanın OPEC+-dan çıxmağı planlaşdırıb-çıxarmaması ilə bağlı suala “Xeyr. Bu format enerji bazarlarında dalğalanmaları minimuma endirməyə və onları sabitləşdirməyə əhəmiyyətli dərəcədə kömək edir” deyə cavab verib.

“TUAPSEDƏ VƏZİYYƏT UKRAYNA PİLOTSUZ UÇUŞ ARAÇLARININ NƏTİCƏSİDİR”

Peskov Rusiyanın Krasnodar vilayətinin Tuapse şəhərində neft emalı zavoduna pilotsuz uçuş aparatlarının hücumundan sonrakı vəziyyətə toxunaraq, bu vəziyyətin Ukrayna pilotsuz uçuş aparatlarının hücumlarının nəticəsi olduğunu bildirib.

Peskov qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin vəziyyətlə bağlı fövqəladə hallar naziri Aleksandr Kurenkovdan məlumat alıb və vəziyyətin yaxşılaşdırılması üçün səylər davam edir.

Peskov deyib: “Biz mübarizə apardığımız kimi, beynəlxalq ictimaiyyət də Kiyevin cinayətkar hərəkətləri nəticəsində yaranan neft qıtlığının beynəlxalq bazarlardakı nəticələrinin öhdəsindən gəlmək üçün mübarizə aparır”.

Peskov, Sovet İttifaqının İkinci Dünya Müharibəsində nasist Almaniyası üzərində qələbəsinin 81-ci ildönümü ilə əlaqədar 9 May Qələbə Günü mərasimində hərbi maşınların iştirak etməyəcəyinə də işarə edərək, bunun ölkədəki təhlükəsizlik vəziyyəti ilə əlaqədar olduğunu bildirib.

Mətbuat katibi Peskov bildirib ki, “Kiyev rejimi hər gün ərazilərini itirir və indi genişmiqyaslı terror aktlarına əl atıb. Ona görə də terror təhlükəsinə qarşı tədbirlər görülür”

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş