Regional müdafiə qərargahının məlumatına görə, “Donbass Dome” hava məkanından müdafiə və elektron müharibə sistemi son 24 saat ərzində Donetsk Xalq Respublikasında (DXR) üç Ukraynaya məxsus pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Qərargahın Telegram-da yaydığı açıqlamada bildirilir ki, zenit müdafiə vasitələri və mobil silahlı bölmələr tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmən dronları məhv edilib.
Bölgə sakinlərinə dağıntılar və ya partlayıcı əşyalar aşkar etdikdə dərhal təcili xidmətlərə məlumat vermələri tövsiyə olunub.
Qeyd edək ki, “Donbass Dome” sistemi Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) iştirakı ilə hazırlanıb. Məlumata görə, təkcə ötən il bu sistem vasitəsilə təxminən 25 min pilotsuz uçuş aparatının hücumunun qarşısı alınıb.
İzmedia.az
![]()

