İzmedia.az xəbər verir ki, Rusiya ilə Malayziya arasında birbaşa aviareyslərin yaxın vaxtlarda istifadəyə verilməsi təxirə salınıb. Səbəb kimi turizm şirkətləri tərəfindən yetərli tələb və sifarişlərin olmaması göstərilir.
Rusiya Nəqliyyat Nazirliyinin məlumatına əsasən, planlaşdırılan çarter proqramı hələlik dayandırılıb, çünki turizm sektoru reyslərin dolmasını təmin edəcək əsas müştəri (yəni “yükləyici operator”) tapa bilməyib.
Hazırda Red Wings aviaşirkəti turizm operatorları ilə danışıqları davam etdirir. Tərəflər sərfəli qiymətlərlə paket turlar hazırlamaq üzərində işləyirlər ki, bu istiqamət bazarda rəqabət apara bilsin. Eyni zamanda şirkət Malayziya aviasiya qurumlarından lazımi icazələrin alınması prosesini də tamamlayır.
Qeyd olunur ki, uçuşların başlanması ilə bağlı əvvəlki proqnozlar dəfələrlə dəyişib. Əvvəl 2025-ci ildə reyslərin açılması planlaşdırılsa da, indi daha real tarix kimi 2026-cı ilin birinci yarısı göstərilir.
Bununla yanaşı, Malayziya kralı Vladimir Putinin dəvəti ilə Moskvaya səfər edib.
![]()
