Rusiya MN: Ukrayna Sankt-Peterburqa PUA hücumu etməyə cəhd göstərib

1 Min Read

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, mayın 7-də Ukrayna ordusu Sankt-Peterburq ərazisində yerləşən mülki infrastruktur obyektlərinə pilotsuz uçuş aparatları ilə hücum etməyə cəhd edib.

Nazirlik bildirib ki, Moskva vaxtı ilə saat 03:20 radələrində hava hücumundan müdafiə və kəşfiyyat sistemləri Latviya hava məkanında altı pilotsuz uçuş aparatından ibarət qrupu aşkar edib.

Məlumata əsasən, eyni vaxtda Rusiya hava məkanına nəzarət sistemləri Latviya üzərində iki Fransaya məxsus “Rafale” qırıcı təyyarəsini və iki F-16 qırıcısını qeydə alıb.

Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, Moskva vaxtı ilə saat 04:00 radələrində aşkar edilən altı PUA-dan beşinin siqnalları Latviyanın şərqində yerləşən Rezekne şəhəri yaxınlığında itib.

Altıncı pilotsuz uçuş aparatının isə Moskva vaxtı ilə saat 04:41-də Rusiya hava məkanına daxil olduğu və Pskov vilayətində, Lixaçevo kəndindən 78 kilometr cənub-şərqdə hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu bildirilib.

Nazirliyin məlumatına görə, PUA qalıqlarının araşdırılması nəticəsində hava obyektinin Ukrayna istehsalı olan “An-196 Lyutıy” pilotsuz uçuş aparatı olduğu müəyyən edilib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş