İzmedia.az xəbər verir ki, Qətərin Baş naziri və xarici işlər naziri Mohammed bin Abdulrahman Al Thani ABŞ vitse-prezidenti J. D. Vance ilə bölgədəki son vəziyyəti müzakirə edib.
Qətər Xarici İşlər Nazirliyi tərəfindən yayılan məlumata görə, Al Sani rəsmi təmaslar çərçivəsində səfər etdiyi Vaşinqtonda JD Venslə bir araya gəlib.
Görüş zamanı iki ölkə arasındakı strateji əməkdaşlıq münasibətləri və bu əlaqələrin müxtəlif sahələrdə daha da gücləndirilməsi imkanları müzakirə olunub.
Toplantıda həmçinin bölgədəki son hadisələr, təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə həyata keçirilən gərginliyin azaldılması təşəbbüsləri, eləcə də Pakistanın vasitəçilik səyləri qiymətləndirilib.
Qətərin Baş naziri bildirib ki, bölgədəki böhranın sülh yolu və dialoq vasitəsilə həllinə yönəlmiş vasitəçilik təşəbbüslərinə bütün tərəflər dəstək verməlidir.
Al Sani eyni zamanda bölgədə davamlı sülhün təmin olunması üçün hərtərəfli razılaşmanın əldə edilməsinin vacibliyini vurğulayıb.
![]()
