İran ABŞ-nin şərtlərini rədd etdi, nüvə obyektlərinin müdafiəsinə hazır olduğunu bildirdi

1 Min Read
İran dövlət televiziyasının məlumatına görə, Tehran ABŞ-ın irəli sürdüyü münaqişənin həlli şərtlərini rədd edib və onları “təslim olmağa bərabər” adlandırıb. Eyni zamanda İran nüvə obyektlərini müdafiə etməyə “tam hazır” olduğunu bəyan edib.

“Tasnim” xəbər agentliyinin məlumatında qeyd olunur ki, İran ABŞ-dan bir sıra tələblərin yerinə yetirilməsini istəyir. Bunlara hərbi təzminat ödənilməsi, Hörmüz boğazı üzərində İranın tam suverenliyinin tanınması, sanksiyaların tamamilə ləğvi və dondurulmuş İran aktivlərinin geri qaytarılması daxildir.

Agentliyin yazdığına görə, Tehran həmçinin Vaşinqtondan dəniz blokadasına son qoymağı, gələcək hərbi hücumlardan imtina etməyi və İran neftinin satışına qoyulan məhdudiyyətləri aradan qaldırmağı tələb edir.

İran tərəfi bildirib ki, təqdim olunan plan ABŞ-ın təkliflərinə cavab xarakteri daşıyır və İran xalqının əsas hüquqlarını önə çəkir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi “Press TV”yə açıqlamasında ölkənin hazırkı prioritetinin münaqişənin dayandırılması olduğunu bildirib.

“Hazırda müharibənin sona çatmasına fokuslanmışıq, çünki bu məsələ bütün regionu, ölkəmizi və beynəlxalq ictimaiyyəti narahat edir”, – deyə o qeyd edib.

Məlumata görə, İran bazar günü Pakistan vasitəçiləri vasitəsilə ABŞ-la münaqişənin həlli ilə bağlı yeni tələblərini də təqdim edib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş