İspaniya XİN başçısı Aİ-nin ümumi ordu yaratmasını təklif edib

1 Min Read

İspaniyanın xarici işlər naziri Xose Manuel Alvares mayın 11-də bildirib ki, Avropa İttifaqı özünün ümumi ordusunu yaratmalıdır.

“Biz hər səhər ABŞ-ın bundan sonra nə edəcəyini düşünərək oyanmamalıyıq. Bizə ordu və ortaq müdafiə qabiliyyəti lazımdır”, — deyə o, “Politico” nəşrinə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, belə bir qərara ehtiyac Avropa ilə ABŞ arasında yaranan fikir ayrılıqları fonunda meydana çıxıb.

Eyni zamanda, Alvares qeyd edib ki, Avropa İttifaqının hərbi potensialının gücləndirilməsi NATO-nu zəiflətmək məqsədi daşımır. O əlavə edib ki, İspaniya ABŞ-ı Avropanın tarixi müttəfiqi hesab edir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş