Ağ Ev: Tramp və Si Cinpin İranın nüvə silahına sahib olmaması barədə razılığa gəlib

1 Min Read
Ağ Ev bildirib ki, ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin İranın nüvə silahına sahib ola bilməyəcəyi barədə ortaq mövqeyə gəliblər.

Açıqlamada qeyd olunur ki, “hər iki tərəf İranın nüvə silahına malik olmamalı olduğu barədə razılığa gəlib. Tərəflər həmçinin fasiləsiz enerji təchizatını təmin etmək üçün Hörmüz boğazının açıq qalması barədə razılaşıblar”.

Bəyanata əsasən, Trampın Si Cinpinlə görüşü “yaxşı keçib” və tərəflər iqtisadi əməkdaşlığın gücləndirilməsi ilə bağlı da anlaşma əldə ediblər. Bu barədə Ağ Evin görüşdən sonra yaydığı və CNN-in sitat gətirdiyi məlumatda bildirilib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş