izmedia.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Erakçi ABŞ-ın İrana qarşı səsləndirdiyi hücum təhdidlərinə sərt reaksiya verib.
Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən BRICS Xarici İşlər Nazirləri Toplantısından sonra danışan Erakçi bildirib ki, ABŞ-ın təhdidlərinə artıq öyrəşiblər.
“40 gün bizimlə müharibə apardılar və nəticəsini gördülər. İranla hörmətlə danışanlar eyni şəkildə cavab alacaqlar”, – deyə iranlı nazir vurğulayıb.
Erakçi məsələlərin hərbi yollarla həllinin mümkün olmadığını qeyd edərək, Vaşinqtonu məntiqə çağırıb. O bildirib ki, müharibə yolu heç bir nəticə verməyəcək.
İranlı nazir həmçinin BƏƏ-ni ABŞ və İsrailə dəstək verməkdə ittiham edib. Onun sözlərinə görə, BƏƏ müharibə dövründə öz hava məkanı və ərazisini hücumlar üçün istifadə etdirib və bununla bağlı Tehranın əlində dəqiq sübutlar var.
![]()
