izmedia.az xəbər verir ki, BMT-nin Beynəlxalq Qalıq Mexanizmi (International Residual Mechanism for Criminal Tribunals) Bosniya serb ordusunun keçmiş komandiri Ratko Mladić-in müalicə məqsədilə erkən azadlığa buraxılması ilə bağlı müraciəti yenidən rədd edib.
Qərara əsasən, Mladic-in Haaqadakı həbsxana xəstəxanasında saxlanma şəraiti və ona göstərilən tibbi xidmət beynəlxalq standartlara uyğun hesab edilib və insan hüquqlarının pozulması kimi qiymətləndirilməyib.
Məhkəmə sədri Qrasiela Qatti Santana bildirib ki, onun həbsxana hospitalında müalicə alması və nəzarət altında saxlanması qeyri-insani rəftar sayılmır.
Qeyd olunur ki, Mladic hazırda Haaqadakı həbsxana tibb müəssisəsində palliativ müalicə alır və uzun müddətdir yataq xəstəsidir.
83 yaşlı keçmiş general 2024-cü ildən bəri Haaqadakı həbsxana xəstəxanasında saxlanılır. Son aylarda onun vəziyyətinin ağırlaşdığı, hətta insult keçirdiyi bildirilir.
Müdafiə tərəfi və ailəsi onun müalicə üçün Serbiyaya köçürülməsini tələb etsə də, bu müraciət də rədd edilib.
Məhkəmə 2025-ci ildə də Mladic-in oxşar azadlığa buraxılma və ya köçürülmə tələblərini qəbul etməyib və onun həbsxana şəraitində müalicəsinin davam etdirilməsinə qərar verib.
![]()
