Almaniyada gizli təlim: ABŞ üç ayda F-16 pilotları və “Bradley” heyətlərini hazırlayıb

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, ABŞ 2026-cı ilin ilk rübündə Almaniyada 394 ukraynalı hərbçiyə təlim keçib.

Məlumata görə, bu barədə “Atlantic Resolve” əməliyyatının baş müfəttişinin ABŞ Konqresinə təqdim etdiyi hesabatda bildirilib.

Təlimlər Almaniyanın Qrafenver poliqonunda keçirilib. Hesabatda qeyd olunur ki, F-16 qırıcılarının pilotlarının hazırlanması ABŞ, Danimarka və Niderlandın rəhbərlik etdiyi hərbi-hava qüvvələrinin inkişafı koalisiyası çərçivəsində həyata keçirilib.

Bununla yanaşı, ABŞ ilk dəfə olaraq “Iron Phoenix” adlı altı aylıq xüsusi proqram başladıb. Bu proqram “Bradley” piyadaların döyüş maşınları və “Stryker” zirehli transportyorlarının heyətləri üçün nəzərdə tutulub.

Hesabatda həmçinin ukraynalı hərbçilərə M777 tipli haubitsaların texniki xidməti üzrə çoxsəviyyəli təlimlərin də keçirildiyi vurğulanıb.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş