Andrea Pirlo 19 may 1979-cu ildə İtaliyanın Flero şəhərində anadan olub və futbol karyerası boyunca öz nəslinin ən böyük oyunçularından biri kimi tanınıb. “Il Maestro” və “Il Metronomo” ləqəbləri ilə məşhurlaşan Pirlo meydanda oyunun tempini idarə edən, sakit və dəqiq ötürmələri ilə fərqlənən yarımmüdafiəçi idi.
O, peşəkar karyerasına “Brescia” klubunda başlayıb, daha sonra “Inter”ə transfer olunub. Lakin Milan klubunda gözlənilən performansı göstərə bilmədiyi üçün icarəyə göndərilib.
Pirlo karyerasının zirvəsinə “Milan” klubunda çatıb və burada on il ərzində əsas fiqurlardan birinə çevrilib. Onun transferi klub tarixində xüsusi hadisə kimi xatırlanır.
“Milan”ın keçmiş icraçı direktoru Adriano Qalliani həmin dövrü xatırlayaraq bildirib ki, Pirlo ilə eyni gündə Filippo İnzagi də transfer olunub. Onun sözlərinə görə, 2001-ci ildə “Inter”dən həyata keçirilən bu keçidlər mürəkkəb transfer zəncirinin bir hissəsi idi.
Qalliani qeyd edib ki, həmin gün Pirlo ilə yanaşı Kristian Brokki və Matteo Bogi də “Milan”a qoşulub, əks istiqamətdə isə Drajen Brnçiç, Guly və Paolo Ginestra klubdan ayrılıb.
O əlavə edib: “Əsas töhfə Tullio Tinti (Pirlonun agenti) tərəfindən verildi. Mən İnzagi üçün Turinə getdim. Bu, çox yaxşı gün idi, çünki eyni gündə iki dünya çempionunu komandaya gətirdim.”
İzmedia.az
![]()

