Vyanada sovet əsgərlərinin məzar daşlarında ad səhvləri aşkarlandı

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, Avstriya Daxili İşlər Nazirliyi Vyanadakı Mərkəzi qəbiristanlıqda sovet əsgərlərinin yeni məzar daşlarında səhvlərə yol verildiyini rəsmən təsdiqləyib və onların düzəldiləcəyini açıqlayıb.

Məlumata görə, yanlış yazılar 9 May – Qələbə Günü zamanı Rusiya səfirliyinin əməkdaşları tərəfindən aşkar edilib. Bundan sonra diplomatik nümayəndəlik məsələ ilə bağlı Avstriyanın aidiyyəti qurumlarına müraciət edib.

Avstriya DİN isə cavab olaraq bildirib ki, məzar daşlarındakı bütün yazı xətaları yaxın vaxtlarda aradan qaldırılacaq. Hansı ad və ya tarixlərdə səhvlərin olduğu açıqlanmayıb.

Qeyd olunur ki, bu, Vyanadakı sovet hərbçilərinin məzarları ilə bağlı ilk insident deyil. Daha əvvəl də həmin memorialda sovet əsgərlərinin məzarlarının vandalizmə məruz qaldığı bildirilmişdi.

Hazırda tərəflər düzgün məlumatların dəqiqləşdirilməsi və yeni lövhələrin hazırlanması istiqamətində iş aparırlar.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş