izmedia.az xəbər verir ki, ABŞ vitse-prezidenti J. D. Vance Polşaya göndərilməsi nəzərdə tutulan 4 mindən çox amerikalı hərbçinin başqa Avropa ölkəsinə yerləşdirilə biləcəyini açıqlayıb.
Onun sözlərinə görə, ABŞ administrasiyası ikinci zirehli briqadanın hansı ölkədə yerləşdirilməsi ilə bağlı hələ yekun qərar verməyib və məsələ müzakirə mərhələsindədir.
Bəyanat daha əvvəl Polşaya göndərilməsi planlaşdırılan ABŞ-ın 1-ci süvari diviziyasının ikinci zirehli briqadasının transferinin dayandırılması barədə yayılan məlumatlardan sonra səsləndirilib.
Məlumata görə, sözügedən briqadanın tərkibində 4 mindən çox hərbçi və ağır hərbi texnika mövcuddur.
Beləliklə, NATO-nun şərq cinahının gücləndirilməsi planı qeyri-müəyyən vəziyyətə düşüb. Vens bildirib ki, alternativ Avropa ölkələri nəzərdən keçirilir, lakin konkret hansı dövlətin seçilə biləcəyi açıqlanmayıb.
Hazırda Vaşinqtonun qərarı müttəfiqlərlə və hərbi rəhbərliklə aparılan müzakirələrdən sonra veriləcək.
![]()
