ABŞ İrana qarşı hərbi əməliyyatlara gündə 900 milyon dollar xərcləyir – senator

1 Min Read
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 90

 ABŞ İrana qarşı aparılan hərbi əməliyyatlara hər gün təxminən 900 milyon dollar xərcləyir.

İzmedia.az xəbər verir ki, bunu Senatın çoxluq lideri Chuck Schumer bildirib.

O, jurnalistlərə açıqlamasında rəqəmi təsdiqləyərək deyib:

“Bu, əhəmiyyətli bir rəqəmdir, amma düşünürəm ki, yaxşı vəziyyətdəyik. Məqsədlərimizə çatırıq. Bu, yerinə yetirilməli olan vacib bir missiyadır və ümid edirəm ki, tezliklə başa çatacaq”.

The Washington Post-un əvvəlki məlumatına görə, Pentaqon ABŞ-ın İrana qarşı ilkin hücumlarının sursat xərclərini təxminən 5,6 milyard dollar hesablayır.

Qəzet bildirir ki, Amerika qoşunlarının ən müasir silahların məhdud ehtiyatlarını sürətlə istifadə etməsi Kapitoli təpəsində bəzi şəxslər arasında artan narahatlığa səbəb olur. Eyni zamanda, Ağ Evin bu həftə on milyardlarla dollar həcmində əlavə müdafiə büdcəsi tələb etməsi gözlənilir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş