İran rəsmisi: ABŞ münaqişədən çıxış yolu axtarır

1 Min Read

İran Silahlı Qüvvələrinin sözçüsü Əbülfəzl Şəkarçi bildirib ki, ABŞ İranla münaqişədən “ləyaqətlə çıxmaq” üçün yol axtarır və ABŞ prezidenti Donald Trampın çıxışları bunu açıq şəkildə göstərir.

Onun sözlərinə görə, “amerikalılar indi müharibədən ləyaqətlə çıxmağın yolunu axtarırlar, lakin biz etdikləri hər şeyin qisasını alana qədər onları tək qoymayacağıq”.

ISNA xəbər agentliyinin yaydığı məlumata görə, Şəkarçi əlavə edib ki, Trampın hər çıxışı onun vəziyyətinin daha da zəiflədiyini nümayiş etdirir.

İran Silahlı Qüvvələrinin sözçüsü həmçinin vurğulayıb ki, ABŞ-a “heç bir şərtlə Hörmüz boğazından keçmək hüququ verilməyəcək”.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş