Reuters: ABŞ və İsrailin İrana qarşı müharibəsi qlobal şirkətlərə 25 milyard dollardan çox zərər vurub

1 Min Read

“Reuters” agentliyinin mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ və İsrailin İrana qarşı müharibəsi artıq dünya üzrə şirkətlərə ən azı 25 milyard dollar maliyyə itkisinə səbəb olub və bu rəqəmin artmaqda olduğu bildirilir.

Nəşr qeyd edir ki, “İranın Hörmüz boğazına nəzarəti səbəbindən şirkətlər enerji qiymətlərinin artması, təchizat zəncirlərinin pozulması və ticarət yollarında yaranan problemlərlə üzləşirlər”.

Məlumata əsasən, azı 279 şirkət bu münaqişəni maliyyə zərərinin azaldılması üçün tədbirlər görməsinə səbəb kimi göstərib. Bu tədbirlərə qiymət artımları, istehsalın azaldılması, dividend ödənişlərinin və ya səhmlərin geri alınmasının dayandırılması, işçilərin ödənişsiz məzuniyyətə göndərilməsi, yanacaq əlavələrinin tətbiqi və dövlət dəstəyinə müraciət daxildir.

Analitiklərin fikrincə, iqtisadi artımın zəifləməsi fonunda şirkətlərin xərcləri kompensasiya etmək üçün qiymətləri artırması daha da çətinləşəcək və bu, gələcək rüblərdə korporativ mənfəətə mənfi təsir göstərə bilər.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş