ABŞ Dövlət Departamenti Qətərə 4,5 milyard dollar dəyərində dörd ədəd “KC-46A” tanker təyyarəsinin satışını təsdiqləyərək Konqresə müvafiq bildiriş göndərib. “Əl-Ərəbiyyə”nin məlumatına görə, bu müqavilə Yaxın Şərqdə mühüm strateji tərəfdaş olan Qətərin təhlükəsizlik imkanlarını artırmağa xidmət edəcək.
Vaşinqton bəyan edib ki, yeni təyyarələr Qətərin mövcud və potensial təhdidlərə qarşı mübarizə gücünü artıracaq, eləcə də regional sabitliyin təmin olunmasında rolunu möhkəmləndirəcək.
Sazişin əsas icraçı podratçıları “Boeing”, “Pratt & Whitney Military Engines”, “RTX Corporation” və “Northrop Grumman Corporation” şirkətləri olacaq.
İzmedia.az
![]()

