Tramp Todd Blanşın baş prokuror vəzifəsinə namizədliyini Senata təqdim edib

1 Min Read

 

Ağ Evin rəsmi internet səhifəsində yayımlanan məlumata görə, ABŞ Prezidenti Donald Tramp Todd Blanşın baş prokuror vəzifəsinə namizədliyini Senata təqdim edib.

Məlumata əsasən, Blanşın təyinatı üçün onun namizədliyi əvvəlcə Senatın Məhkəmə Komitəsi tərəfindən təsdiqlənməli, daha sonra isə Konqresin yuxarı palatasının səsverməsinə çıxarılmalıdır.

Todd Blanş aprelin 2-dən etibarən ABŞ Ədliyyə Nazirliyinə rəhbərlik edir. O, bu vəzifəni baş prokurorun səlahiyyətlərini icra edən şəxs kimi yerinə yetirir.

“The New York Times” qəzetinin məlumatına görə, əvvəlki baş prokuror Pem Bondinin vəzifədən ayrılmasının əsas səbəblərindən biri maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı sənədlərin açıqlanması məsələsində yaranan fikir ayrılıqları olub.

Qeyd edək ki, Ceffri Epşteyn yetkinlik yaşına çatmayan şəxslərə qarşı cinsi xarakterli cinayətlər törətməkdə ittiham olunurdu və onun işi ABŞ-da uzun müddətdir ictimai və siyasi müzakirələrin mərkəzində qalır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş