ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında aparılan danışıqların müsbət istiqamətdə davam etdiyini və tərəflərin yaxın iki həftə ərzində razılığa gələ biləcəyini bildirib.
Amerika lideri bu barədə senator Lindsi Qrehemin dəstəyinə həsr olunmuş telekonfrans zamanı danışıb.
Trampın sözlərinə görə, İran “çox yaxşı bir razılaşma” əldə etməkdə maraqlıdır və danışıqlar hazırda aktiv şəkildə davam edir.
“Onlar nüvə silahlarından imtina etməyə hazırdırlar”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp qeyd edib ki, tərəflər razılaşmaya nail olmağa yaxındırlar, lakin yaxın iki həftə ərzində konkret nəticələrin əldə olunması vacibdir.
ABŞ Prezidenti həmçinin mümkün sazişin “tam qələbə” olacağını və dünya bazarlarında neft qiymətlərinin aşağı düşməsinə səbəb ola biləcəyini vurğulayıb.
Qeyd edək ki, Donald Tramp bundan əvvəl də bir neçə dəfə ABŞ və İranın münaqişənin həlli istiqamətində razılığa gəlməyə yaxın olduğunu bəyan edib.
İzmedia.az
![]()

