Çinin Vaşinqtondakı səfirliyi bildirib ki, Çin heç vaxt ABŞ seçkilərinin nəticələrinə təsir göstərməyə cəhd etməyib. Diplomatik missiya ABŞ-dakı seçki proseslərinin yalnız ölkənin daxili məsələsi olduğunu vurğulayıb.
Səfirliyin açıqlamasında deyilir: “Çin həmişə digər ölkələrin daxili işlərinə qarışmamaq prinsipini rəhbər tutub”.
ABŞ prezidenti Donald Tramp Çini ABŞ seçkilərinin nəticələrinə dəfələrlə təsir göstərməyə çalışmaqda günahlandırdı. O, Pekinin 2020-ci ildə qalib gəlməsinin qarşısını almaq üçün “bütün gücü ilə mübarizə apardığını” söylədi. ABŞ prezidenti seçki sistemini xarici müdaxilələrdən qoruyacağına söz verib.
İzmedia.az
![]()

