Serbiya Prezidenti Aleksandar Vuçitç bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putin bütün Donbası nəzarətə götürmək istəyir və məhz bundan sonra müharibənin başa çatmasına hazır ola bilər.
Onun sözlərinə görə, əsas məqsəd Donetsk və Luqansk vilayətlərinə tam nəzarətin əldə edilməsidir.
Rusiyanı məğlub etmək çətindir
Vuçitç Rusiyanı məğlub etməyin qeyri-mümkünə yaxın olduğunu vurğulayıb:
“Rusiyanı necə məğlub etmək olar bilmirəm, çünki bunun asan olmayacağını düşünürəm. Axı Rusiya nüvə dövlətidir və heç kim ona asanlıqla hücum edə bilməz. Bizə tərəflərdən hansısa birinin məğlubiyyəti deyil, kompromis həll yolu lazımdır.”
“Daha miqyaslı müharibənin astanasındayıq”
Serbiya lideri qlobal təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlığını da dilə gətirib:
“Düşünürəm ki, biz daha genişmiqyaslı müharibənin başlanğıcındayıq və buna görə də ümid edirdim ki, başqası sülhün bərqərar olması üçün nəsə edəcək. Bu baş vermədi və yaxın vaxtlarda da baş verməyəcək, o deməkdir ki, biz qat-qat böyük müharibənin astanasındayıq.”
İzmedia.az
![]()

